Jan 19, 2019 10:51 Asia/Baku
  • "Qayıdış haqqı" yürüşünün 43-cü cüməsində 43 nəfər yaralanıb

Fələstin Səhiyyə Nazirliyi dünən gecə Qəzzə zolağında keçirilməkdə olan böyük "Qayıdış haqqı" yürüşünün 43-cü cüməsində 43 fələstinlinin yaralanmasından xəbər verib.

Fələstin Səhiyyə Nazirliyi qeyd edib ki, yaralılar arasında iki jurnalist və üç yardım qüvvəsi vardır.

"Qayıdış haqqı" yürüşü dünən "Bizim müqavimətimiz ilə mühasirə sınacaqdır" adı altında keçirilib.

Sionist rejim hərbçiləri fələstinli aksiyaçıların yatırılması gedişində fələstinlilərlə qarşı hərbi güllələr atmaqdan əlavə, gözyaşardıcı və zəhərli qazlardan da istifadə ediblər.

Fələstinli mənbələr bildiriblər ki, zəhərli qazlarla tənəffüs nəticəsində onlarla fələstinli boğuntu halına düşübdür.

Dinc mahiyyətli "Qayıdış haqqı" yürüşü "yer günü" münasibətilə ötən il martın otuzunda Qəzzə zolağında başlanıb və hələ də davam etməkdədir.

Həmin tarixdən bu günədək bu aksiyalarda azı 255 fələstinli sionist hərbçilərin gülləsinə tuş gələrək şəhid olub və 26 mindən çox fələstinli də yaralanıbdır. 

Bir çox ölkə, o sıradan İran İslam Respublikası, həmçinin beynəlxalq təşkilatlar indiyədək sionistlərin bu cinayətlərini pisləyiblər.

Fələstinlilərin "yer günü"nün ildönümündə hər il keçirilən yürüşü sionist rejimin 1976-cı il martın otuzunda fələstinlilərin ərazilərinin müsadirəsi sahəsindəki qərarını xatırladır.

Sionist rejim fələstinlilərin ərazilərini müsadirə edib, orada sionistsakinli qəsəbələr tikməklə fələstinli məntəqələrin coğrafi quruluşunu dəyişdirmək və bu məntəqələrə sionist görkəm vermək niyyətindədir ki, fələstinli məntəqələr üzərindəki hökmranlığını təsbit etmiş olsun.

Şərhlər