Jan 21, 2019 10:32 Asia/Baku
  • İsrail qırıcıları Dəməşqi vurdu
    İsrail qırıcıları Dəməşqi vurdu

Suriya mediaları bazar ertəsi günün ilk saatlarında İsrail qırıcılarının Suriyanın paytaxtı Dəməşq şəhərinə hücum etmələrindən xəbər veriblər.

Suriyanın dövlət xəbər agentliyi SANA-nın verdiyi məlumata görə, bu hücumun ardınca Dəməşqdə bir neçə partlayış səsi eşidilib. 

SANA-nın verdiyi məlumata görə, Suriyanın Hava Hücumundan Müdafiə Sistemi İsrail qırıcılarının atdıqları raketlərdən bir neçəsini izləyərək, məhv edib. 

Bəzi mənbələr İsrailin Livan ərazisindən Suriyaya hücum etdiyini bildiriblər. 

İsrail ordusu isə bir bəyanat yayaraq, bu hücumu təsdiq edib və Suriyada öncədən təyin edilmiş hədəflərə raket zərbələrinin endirilməsi əməliyyatının davam etdiyini bildirib. 

İsrail ordusu həmçinin, bu hücumlara qarşılıq verməməsinə dair Suriyaya xəbərdarlıq edib. 

Buna baxmayaraq, xəbər qaynaqları Suriyanın İsrail tərəfindən işğal edilmiş Cövlan yüksəkliklərində yerləşən Şeyx Cəbəl məntəqəsində ardıcıl olaraq 6 partlayışın baş verməsindən xəbər veriblər. 

Bəzi mənbələr bildirirlər ki, İsrailin "Patriot" raket müdafiə sistemi işə düşüb. Amma, edilən raket hücumlarının önlənildiyinə dair dəqiq məlumat yoxdur. 

İsrail rejimi bazar günü də Dəməşqi bir neçə ədəd raket ilə hədəfə almışdı. Suriyanın Hava Hücumundan Müdafiə Sistemi bu raketlərin hamısını hədəfə dəyməzdən öncə məhv etməyi bacarıb. 

İsrail davamlı olaraq Suriyada terrorçuları himayə məqsədilə bu ölkənin infrastrukturlarını və hərbi bazalarını hədəfə alır. 

Şərhlər