Jan 22, 2019 13:25 Asia/Baku
  • Sionistlər fələstinli əsirlərə hücum ediblər; onlarla əsir yaralanıb
    Sionistlər fələstinli əsirlərə hücum ediblər; onlarla əsir yaralanıb

Sionist rejimin xəfiyyə qüvvələrinin Ufer məhbəsində saxlanılan fələstinli əsirlərə qarşı basqınında azı yüz əsir yaralanıbdır.

Fələstinli əsirlər klubu bir bəyanatda bildirib ki, Ufer məhbəsinin xəfiyyə qüvvələri bazar ertəsi günü fələstinli əsirlərin kameralarına hücum edərək, onları güllə və gözyaşardıcı qazla hədəfə alıblar.

Bu bəyanatda əlavə olunur: Sionist xəfiyyə qüvvələri üç kameranı tam şəkildə yandırıb və fələstinli əsirləri döyüblər.

Bəyanatın digər bir hissəsində deyilir ki, yaralanmış əsirlər xəstəxanaya köçürülüblər və təqribən iyirmi əsir hələ də xəstəxanada müalicə olunmaqdadır.

Sionist xəfiyyə qüvvələrinin Ufer məhbəsinə basqını fələstinli əsirlərin öz vəziyyətlərinə etiraz olaraq, aclıq elan etmək istəmələrindən sonra baş veribdir.

Teqlər

Şərhlər