Jan 26, 2019 20:31 Asia/Baku
  • "Qayıdış Haqqı" yürüşlərində 44-cü həftə

Fələstinlilər sionist rejimin cinayətlərinə və Qəzzənin mühasirədə saxlanılmasına etirazlarının davamında ötən cümə günü bir daha “Qayıdış Haqqı” yürüşlərində geniş formada iştirak ediblər.

Sionist rejimin fələstinlilərə qarşı cinayətlərinin artması və Qəzzəyə qarşı mühasirənin gücləndirilməsi qarşısında Ərəb dünyasının sükutuna etirazla bağlı Qətərin yardım təklifinin Həmas tərəfindən rədd edilməsinin ardınca fələstinlilər “Qayıdış Haqqı” yürüşünün 44-cü cüməsində “Mühasirə nəticəsi olmayan fitnədir” adı altında aksiya keçirərək, sionistlərin fələstinlilərə qarşı cinayətlərinin heç vaxt istənilən nəticəni verməyəcəyini bildiriblər. Onlar Fələstin xalqının bütün çətinliklərə rəğmən müqavimət və mübarizə yolunu davam etdirəcəyini deyiblər.

Aksiya iştirakçılarından biri deyir: “Biz bu yürüşün davam etdirilməsində qətiyyətliyik. Qəzzənin mühasirəsinə görə sionist rejim məsuliyyət daşıyır. Onların bu cinayəti cavabsız qalmayacaq. Biz mühasirənin sonlandırılmasını istəyirik. Biz işğalçılığa son qoyulmasını istəyirik.”

Bir başqa aksiya iştirakçısı isə deyir: “Biz işğalçı İsrail rejimi ilə mübarizə aparacağıq və mübarizədən əl çəkməyəcəyik.”

Fələstinli gənclər Qəzzə zolağında və daha beş nöqtədə keçirilən cümə yürüşlərində, ötən həftələrdə olduğu kimi, İsrail hərbçilərinin hücumuna məruz qalıblar. “Qayıdış Haqqı” yürüşündə iştirak edənlər sionistlərin cinayətlərinə qarşı mübarizəyə təkid edərək, xəyanətkar ərəb rejimlərinin başçılarına xitabən “nə qədər siz sionistlər qarşısında zillətə boyun əysəniz də, Fələstin xalqı mübarizəsini davam etdirəcək” deyə qeyd ediblər.

Fələstin vətəndaşı: “İşğalçı rejim fələstinlilərin haqqını geri verməlidir”.

Bir fələstinli qadın isə deyir: “Biz bəzi ərəb rejimlərinin İsrail ilə əlaqələrini normallaşdırmalarını qınayırıq”.

Fələstinlilər hər cümə günü böyük “Qayıdış Haqqı” yürüşündə iştirak edərək, düşmən fitnəsi qarşısıdna ayıq olduqlarını vurğulayırlar. Onlar düşmənin istənilən fitnəsini cavabsız qoymayacaqlarını bildirir, Fələstin məsələsinin İslam və Ərəb dünyasının bir nömrəli məsələsi olaraq qalacağını deyirlər.  

 

Teqlər

Şərhlər