Jan 31, 2019 10:08 Asia/Baku
  • Bəhreyn şiələrinin din alimləri şurasının sədri bir sutka azadlıqdan sonra həbs olunub

Ali-Xəlifə rejimi şiə ruhani, Bəhreyn şiələrinin din alimləri şurasının sədri Şeyx Məcid Məşəli məhbəsdən azad edilməsindən təkcə 24 saat sonra bir daha həbs edibdir.

Ali-Xəlifə rejiminin xəfiyyə başçıları Şeyx Məcid Məşəli elə bir halda Bəhreynin Həmd şəhər polis mərkəzinə çağırıblar ki, indiyədək onun həbs edilməsinin səbəbi aydınlaşmayıbdır.

Ali-Xəlifə rejiminin məhkəməsi bu görkəmli bəhreynli din xadimini bundan öncə iki il yarımlıq həbsdən sonra azad etmişdi.

O, Ali-Xəlifə rejimini tənqid etmək və əl-Duraz məntəqəsi piketlərində iştirak ittihamı ilə 2016-cı ildə həbs olunaraq, iki il yarım müddətinə azadlıqdan məhrum edilmişdi.

 

 

 

Teqlər

Şərhlər