Feb 06, 2019 16:27 Asia/Baku
  • Beynəlxalq Amnistiya Təşkilatı: BƏƏ Yəməndə yarım-hərbçiləri silahlandırır
    Beynəlxalq Amnistiya Təşkilatı: BƏƏ Yəməndə yarım-hərbçiləri silahlandırır

Beynəlxalq Amnistiya Təşkilatı çərşənbə günü yaydığı bəyanatda bildirib: Birləşmiş Ərəb Əmirlikləri Yəməndə müharibə cinayətləri törədən yarım-hərbçiləri silah və hərbi sursat ilə təchiz edir.

Əl-Aləm kanalının bildirdiyinə görə, Beynəlxalq Amnistiya Təşkilatının bəyanatında deyilir: Birləşmiş Ərəb Əmirlikləri Qərb ölkələrindən aldığı milyardlarla dollar silahı Yəməndəki yarım-hərbçilərin ixtiyarına verir. Onlar da bu silahlar ilə Yəməndə müharibə cinayətləri törədir və buna görə məsuliyyətə də cəlb olunmurlar. 

Beynəlxalq Amnistiya Təşkilatının bildirdiyinə görə, Yəməndəki yarım-hərbçilərin cinayətlərinin artması bu ölkənin məzlum xalqı üçün ölüm, aclıq və faciədən başqa heç bir şey vəd etmir. 

Birləşmiş Ərəb Əmirlikləri 2015-ci ildə Yəmənin cənubundakı separatçı yarım-hərbçilər ilə birlikdə "təhlükəsizlik zolağı" adlı zona yaradıb. Yəmənin cənub sakinlərinin dediklərinə görə, BƏƏ-nin himayəsində olan qüvvələr Yəmənin işğalına şərait yaratmaq və ölkədə xaos törətmək ardıncadırlar. 

Teqlər

Şərhlər