Feb 07, 2019 08:51 Asia/Baku
  • Ötən bir ayda on bir fələstinli şəhid olub

Sionist hərbçilər ötən bir ayda on bir fələstinlini şəhid ediblər.

"Quds Press"in məlumatına əsasən, sionist hərbçilər 2019-cu ilin ilk ayında İordan çayının qərb sahilində beş, Qəzzə zolağında isə altı fələstinlini şəhid ediblər.

Bu məlumata görə, həmçinin sionist rejim ordusu və sionist qəsəbə sakinləri tərəfindən 1200 fələstinli yaralanıbdır.

Həmçinin ötən bir ayda 35 fələstinli məkan və təsisat, o sıradan on mənzil dağıdılıb və otuz mənzil də dağıdılmaq barədə xəbərdarlıq alıbdır.

Sionist rejim 38 fələstinli şəhidin cənazəsini girov götürüb və onları öz ailələrinə təhvil verməkdən boyun qaçırır.

Şərhlər