Feb 09, 2019 11:20 Asia/Baku
  • Səudiyyəlilər Yəmən sülh müzakirələrinin gedişində pozuculuq törədir
    Səudiyyəlilər Yəmən sülh müzakirələrinin gedişində pozuculuq törədir

İordaniyada cərəyan edən Yəmən sülh müzakirələrində Ənsarullahın nümayəndə heyətinin sədri Əbdülqadir Mürtəza qarşı tərəfin destruktiv rəftarlarına görə Əmman müzakirələrində konkret nəticənin əldə olunmadığını dedi.

Əl-Məsirə informasiya kanalının bildirdiyinə görə, Əbdülqadir Mürtəza cümə günü verdiyi açıqlamada Əmman müzakirələrinin daha üç gün uzadıldığını bildirib və deyib: Bu müzakirələrdə əsirlərin mübadiləsinə dair anlaşmanın əldə edilməsinə səy göstərilir. 

Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi də deyib: Səudiyyə koalisiyası iqtisadi məsələlərə dair müzakirələrə qarşı çıxaraq, Yəmən xalqının ağrı və acılarının davam etməsini istəyir. 

Yəmən savaşının tərəfləri arasındakı müzakirələrin növbəti mərhələsi ötən çərşənbə axşamı İordaniyanın paytaxtı Əmmanda start götürüb. Yəmənin istefada olan hökuməti ilə Ənsarullah hərəkatı bu müzakirələrdə bəzi məsələlər o cümlədən əsirlərin siyahısının yekunlaşdırılması və onların mübadiləsi məsələsini razılaşdırmağa çalışırlar. 

Bu müzakirələr BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Martin Qrifits və Beynəlxalq Qırmızı Xaç Komitəsiin sədri Piter Maurerin nəzarəti altında keçirilir. 

Teqlər

Şərhlər