Feb 09, 2019 20:08 Asia/Baku
  • İsrail hərbçiləri daha bir fələstinli gənci şəhid ediblər
    İsrail hərbçiləri daha bir fələstinli gənci şəhid ediblər

Sionist rejim hərbçiləri İordan çayının qərb sahilində bir yoxlama buraxılış məntəqəsində motosiklet ilə hərəkətdə olan fələstinli gəncə tərəf atəş açaraq, onu şəhid ediblər.

Fələstinli gənc Abdullah Təvalibə motosiklet ilə Qərb sahilində yerləşən Əl-Cümlə yoxlama-buraxılış məntəqəsindən keçərkən, İsrail hərbçiləri tərəfindən vurularaq, şəhid edilib. Bu hadisədə Abdullah ilə birlikdə motosikletdə olan dostu da ağır yaralanıb. 19 yaşlı Abdullah Təvalibənin dəfn mərasimi əzəmətli formada keçirilib.

Şəhidin bacısı deyir: Abdullah şəhid edilməsindən öncə bizə gəlmişdi. Birlikdə nahar etdik. Sonra da mənimlə sağollaşaraq, getdi.

Şəhid Abdullah Təvalibəni tanıyanlardan biri isə sionistlərin terrorçu olduğunu dedi: Onlar terrorçudurlar. Abdullah günahsız idi və haqsız yerə şəhid edildi. Abdullah çox sakit uşaq idi.

Abdullahın şəhid edilməsindən qəzəblənən fələstinli gənclər qatil hərbçilərə hücum ediblər. Toqquşmalar Ramallahın ətrafında yerləşən Birzid və Kubər məntəqələrinə  yayılıb. Bu toqquşmalarda 7 fələstinli gənc İsrail hərbçiləri tərəfindən vurularaq, yaralanıb.

İşğalçıları fələstinliləri qırğın etməklə bu torpaqları işğal etmək istəyirlər.

 

 

 

Şərhlər