Feb 09, 2019 20:12 Asia/Baku
  • İraq, Suriya və İran İŞİD-ə qarşı kiber savaşda əməkdaşlıq edirlər
    İraq, Suriya və İran İŞİD-ə qarşı kiber savaşda əməkdaşlıq edirlər

İraqın Rabitə Nazirliyi: İraq və Suriya İran İslam Respublikasının texniki əməkdaşlığı ilə terrorçuların əsas sığınacağı sayılan Suriyanın şərqində İŞİD terror qruplaşmasına qarşı kiber savaşda bir-biri ilə əməkdaşlıq edirlər.

İRNA-nın məlumatına görə, İraqın rabitə nazirinin texniki məsələlər üzrə müavini şənbə günü Bağdadda deyib: İraq İran, İordaniya və Türkiyə kimi ölkələrin internet imkanlarından istifadə edərək, bu məntəqədəki bütün internet istifadəçilərini müşahidə altına almaq istəyir.

Əmir Əl-Bəyati terrorçu qruplaşmaların ötən illərdə İraq və Suriyada öz düşüncələrini təbliğ etmək və cinayətlərini əsaslandırmaq üçün müasir rabitə texnologiyasından istifadə etdiklərinə işarə edərək, deyib: Hal hazırda İraq və Suriya terrorçular ilə savaşda informasiya texnologiyasından istifadə etməyə çalışırlar.

Teqlər

Şərhlər