Feb 12, 2019 16:40 Asia/Baku
  • Qəzzədə 23-cü dəniz yürüşü keçirildi
    Qəzzədə 23-cü dəniz yürüşü keçirildi

Qəzzənin mühasirəsini yarmaq üçün milli aktivlik heyəti Qəzzənin şimalında, Zikim hərbi bazasının yaxınlığında 23-cü dəniz yürüşünün keçirilməsindən xəbər verib.

Mehr informasiya agentliyinin bildirdiyinə görə, bu dəniz yürüşü çərşənbə axşamı Qəzzə zolağının şimalında, dəniz sərhədlərinə  yaxın sularda keçirilib. 

Fələstin medialarının bildirdiklərinə görə, bu yürüş böyük Qayıdış Yürüşü çərçivəsində keçirilib. Bu yürüşlərin keçirilməsində məqsəd Qəzzənin mühasirəsini yarmaqdır. 

Bundan öncə Qəzzənin mühasirəsini yarmaq üçün keçirilən yürüşlərdə İsrail rejiminin hərbi qayıqları fələstinlilərə tərəf atəş açaraq, bir qrup fələstinlini yaralayıblar. 

Teqlər

Şərhlər