Feb 15, 2019 09:01 Asia/Baku
  • Fələstinlilərin sionistlər tərəfindən həbs edilmələri davam edir

Sionist rejim hərbçiləri qərb sahilinin müxtəlif məntəqələrinə hücum edərək, azı 20 fələstinlini həbs ediblər.

Sionist hərbçilər dünən gecə və bu gün səhər Tulkərm, Qəlqiliya, Ramullah və Əlxəlildə yaşayan fələstinlilərin mənzillərinə hücumdan sonra onları təftiş edərək, mənzillərdəki ev vəsaitlərini mübarizə və müqavimət fəaliyyətləri bəhanəsilə bir-birinə vurublar.

Belə bir halda, müqavimət əməlıiyyatları fələstinlilərin Qüdsü işğal etmiş rejimin təcavüzləri və cinayətlərinə təbii reaksiyasıdır.

Bu hücumlar zamanı fələstinlilərlə Qüdsü işğal etmiş rejim ordusunun qüvvələri arasında qarşıdurma baş verib.

Digər bir xəbərə görə, Qəzzə zolağının sərhəd zolağında yerləşən sionist hərbçilər Fələstin müqaviməti ilə sionist rejim arasında imzalanmış atəşkəs razılaşmasını pozmalarının davamında bu gün səhər Xan Yunusun şərqində yerləşən Xəzaə qəsəbəsində yaşayan fələstinlilərin əkin sahələrini dağıdıblar.

 

 

Teqlər

Şərhlər