Feb 18, 2019 16:51 Asia/Baku
  • Yəmən xalqı sionist rejim ilə sazişə qarşı etiraz edib
    Yəmən xalqı sionist rejim ilə sazişə qarşı etiraz edib

Yəmən xalqı Sənada və ölkənin digər vilayətlərində aksiyalar keçirərək Yəmənin istefa vermiş hökumətinin xarici işlər nazirinin Varşava iclasındakı düzəlişmə hərəkətlərini xəyanət adlandırıb və bildirib ki, bu iclas Yəmən xalqının Səudiyyə-Amerika təcavüzü ilə qarşılaşmadakı əzmkarlığını iki qat artıracaq.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Yəmən xalqı ölkənin müxtəlif şəhərlərində keçirdiyi yürüşlərdə sionist rejim ilə sazişi və amerikan-yəhudi Varşava konfransında baş verənləri pisləyib. 

Yəmən xalqının sionist rejim ilə hərhansı düzəlişməyə qarşı xəyanətkarlardan bəraət adlı milyonluq aksiyasında təcavüzkarlar qarşısında müqavimətə və Fələstin amallarına təkid edilib. 

Yəmənin milli qurtuluş hökumətinin sözçüsü Zeyfullah Əşşami deyib: Yəmən xalqı bu gün bu yürüşü ona görə təşkil edib ki, dünyaya müraciət etsin. Bu gün Yəmən xalqının referendum günüdür və Yəmən xalqı bu geniş aksiyanın iştirakçılarının xalqın nümayəndələri olduğu qənaətindədir. Bunlar İsrail ilə düzəlişənləri ayaqları altında əzəcək. 

Digər tərəfdən  siyasi fəal Əhməd Faye deyib: Xəyanətkarlardan bəraət məqsədi ilə keçirilən yürüşdə Xalid Əl-Yəmani hədəfə alınmışdı . Onun hərəkətləri isə göstərir ki, o heç də yəmani deyil ona görə ki, yəmanilər Allahın peyğəmbərlərinə sədaqətləri ilə tanınırlar. 

Yəmənin bir neçə digər vilayətləri də seyid Əbdülməlik Bədrəddinin çağırışına cavab olaraq xalq yürüşlərinin şahidi idi. İştirakçılar Varşavada sionist rejim ilə düzəlişmə, yəmənlilərin öz amallarına olan imanı və bu istiqamətdəki srsılmazlığını iki qat artıracaq. 

digər tərəfdən Sənada qadınlar da yürüş təşkil edərək Yəmən və Fələstin bayraqlarını daşıyıblar və əllərində tutduqları plakatlarda Amerikanın regiondakı hegemoniyası və sionist rejim ilə düzəlişmə hərəkətlərini pisləyiblər. 

Bir yəmənli qadın deyib: Biz sionist rejim ilə düzəlişmənin əleyhinə olduğumuzu bütün dünyaya elan edirik.Varşava da Benyamin Netanyahunun "bu rarixə düşən bir zamandır" sözünə cavab olaraq deyirik ki, bəli bu gün sizin süqutunuza dair tarixi zamandır. 

Bu yürüşlərdə səsləndirilən bəyanatda xəyanətkarlardan bəraət və Səudiyyə-Amerika təcavüzü ilə mübarizənin davamına təkid edilib. Bəyanatlarda həmçinin Fələstin amalının Yəmən xalqının mübarizəsində prioritet təşkil etdiyi vurğulanıb. 

Xalid Əssayidi deyib: Bü yürüşlər Yəmən xalqının Varşava konfransına qarşı qəzəb və nifrətini nümayiş etdirdi və aksiyaçılar bu iclası və sionist rejim ilə düzəlişməni pisləyərək özünün dəyişməz olan Fələstin xalqına dəstək mövqeyinə bir daha təkid etdi. 

 

Şərhlər