Feb 19, 2019 09:59 Asia/Baku
  • Qahirədə terror hücumu
    Qahirədə terror hücumu

Misirin paytaxtı Qahirədə partlayış nəticəsində Misir təhlükəsizlik qüvvələrindən üç nəfər ölüb, üş nəfər də yaralanıbdır.

Partlayış dünən gecə bir terror ünsürünün təqib olunması zamanı Qahirənin mərkəzindəki Əlcəmaliyyə məntəqəsində yerləşən Ələzhər məscidinin yaxınlığında baş verib.

Misirin təhlükəsizlik qüvvələri Qahirənin mərkəzindəki Ələzhər came məscidinin yaxınlığında əldəqayırma bir bombanı yerləşdirmək istəyən şəxsi mühasirə ediblər və mühasirə olunmuş şəxs qaça bilmədiyi üçün yanındakı bombanı partladıbdır.

Bu partlayışdan sonra Misir prokurorluğu həmin hadisənin təcili şəkildə araşdırılması haqda göstəriş verib.

Teqlər

Şərhlər