Fev 26, 2019 09:46 Asia/Baku
  • Müqavimət heç vaxt terrorizm simvoluna çevrilməyəcək
    Müqavimət heç vaxt terrorizm simvoluna çevrilməyəcək

Livanın xarici işlər naziri Londonun şər hərəkətinə reaksiyada deyib: İngiltərənin Hizbullah barədəki mövqeyinin birbaşa nəticələri olmayacaq, zira Beyrut bir neçə ölkə tərəfindən tutulan oxşar mövqelərə adət edibdir.

Cubran Basil Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini ilə birgə mətbuat konfransında deyib: Əgər bütün dünya müqaviməti terrorizm simvolu kimi qələmə verərsə, bu məsələ reallığın dəyişməsinə və müqavimətin terrorizm simvoluna çevrilməsinə bais olmayacaqdır.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini də bu mətbuat konfransında deyib: İngiltərənin Hizbullah barədəki mövqeyinin Avropa Birliyinin bu partiya qarşısındakı mövqeyinə təsiri yoxdur.

İngiltərə dövləti dünən Təl-Əviv və Vaşinqtonun müqavimətə qarşı səslərinə səs verərək, bu ölkədə Hizbullah hərəkatının fəaliyyətini qadağan etdi.

Teqlər

Şərhlər