Mart 01, 2019 20:49 Asia/Baku
  • Livan Hizbullahı Londonun ədavətli qərarına reaksiya verib

Livan Hizbullahı İngiltərənin böyük siyasi və xalq gücü kimi bu partiyanın adını "terrorizm siyahı"sında dərc etmək üzrə hərəkətini Livan xalqının iradəsinə və emosiyalarına qarşı təhqir adlandırıb.

İngiltərənin daxili işlər naziri Sacid Cavid bazar ertəsi günü "Livan Hizbullahı İngiltərənin təhlükəsizliyinə qarşı bir təhdiddir" iddiası ilə bu qrupun adının terror qrupları siyahısına əlavə olunmasından xəbər verdi.

Livan Hizbullahı bir bəyanat yayaraq, Londoun düşmənçilik hərəkətini Amerikaya tabe olmaq istiqamətində dəyərləndirib və belə qeyd edib: Bu hərəkət göstərir ki, İngiltərə dövləti Vaşinqton başçılarını razı saxlamaq üçün region xalqları ilə düşmənçilik edir.

Livan Hizbullahı bu hərəkatın təkfirçi terrorizm və sionist rejimin tamahkarlıqları ilə mübarizədəki müqavimət mövqeyini sabit və dəyişməz adlandırıb və əlavə edib: Terrorizmi himayə edən bir ölkənin Hizbullahı və ya hər hansı digər bi hərəkatı terrorizmə dəstək verməkdə ittiham etmək haqqı yoxdur.

Livan Hizbullahının bəyanatında vurğulanıb ki, Londonun Hizbullaha qarşı ittihamı dünyanın ümumi fikrini aldada bilməz. Bəyanatda deyilir ki, Amerika, İngiltərə və onların regionda və dünyadakı muzdurları terrorizmi himayə edirlər.

Teqlər

Şərhlər