Mar 07, 2019 14:37 Asia/Baku
  • Daha bir fələstinli şəhid oldu - Qəzzədə

İnformasiya qaynaqları Qəzzə zolağında fələstinli bir gəncin şəhid olmasından xəbər veriblər.

Livanın Əl-Məyadin informasiya kan alının verdiyi məlumata görə, Fələstinin Səhiyyə Nazirliyi bildirib: İmad Nasir Əbuzeyd adlı 15 yaşlı fələstinli aldığı yaraların ağırlığı üzündən şəhid olub.

Bundan öncə İsrail hərbçiləri Qəzzə zolağının şərqində fələstinli aksiya iştirakçılarına tərəf atəş açıblar. Nəticədə 4 fələstinli yaralanıb.

Fələstinli gənclər çərşənbə günü axşam işğal altında olan ərazilərə tərəf yanar şarlar və çərpələnglər uçurdaraq, mövcud vəziyyətə öz etirazlarını bu şəkildə bildiriblər.

Fələstinlilərin çərşənbə günü axşam Qəzzə zolağında keçirdikləri aksiya Qəzzənin mühasirədə saxlanılmasına və israil rejiminin atəşkəs anlaşmasına əməl etməməsinə etiraz olaraq baş tutub.

Teqlər

Şərhlər