Mar 08, 2019 19:34 Asia/Baku
  • 40 mindən çox fələstinli Məscidül-Əqsada cümə namazında iştirak edib

On minlərlə fələstinli bu gün Məscidül-Əqsada sionist hərbçilərin təhlükəsizlik tədbirlərinə rəğmən cümə namazında iştirak edib.

Fələstin informasiya mərkəzinin verdityi məlumata görə, işğal olunmuş Qüdsün müxtəlif ərazilərindən, İordan çayının qərb sahili və 1948-ci ildə işğal olunmuş ərazilərdən gələn 40 mindən çox fələstinli bu gün Məscidül-Əqsada cümə namazında iştirak edib.

Sionist rejim minlərlə fələstinliyə də məscidə daxil olmaq imkanı verməyib və onlar ətraf küçələrdə namaz qılmalı olublar.

Bu məlumata görə çoxlu sayda fələstinli cümə namazını Babürrəhmədə qılıblar.

Son günlərdə fələstinlilər Məscidül-Əqsaya doğru yürüş keçirərək 16 ildən sonra nəhayət Babürrəhmə girişini açdı.

Teqlər

Şərhlər