Mar 08, 2019 19:55 Asia/Baku
  • Fələstinli gənclər aksiya keçiriblər

Fələstinli gənclər Ramullah şəhərinin "Beyt Sira" məntəqəsində aksiya keçirərək, Kəfər Nima şəhidlərinin cənazələrinin təhvil verilməsini istəyiblər.

Fələstinli gənclərin şəhidlərin cənazələrini təhvil almaq üçün Ramullah şəhərində aksiya keçirmələrinin ardınca onlar ilə sionist hərbçilər arasında şiddətli toqquşma baş verib.

Sionist hərbçilər ötən bazar ertəsi günü iki fələstinli gənci onların sionistləri maşınla vurmağa səy göstərmələri bəhanəsilə Ramullahın qərbindəki Kəfər Nima kəndində şəhid etdi, bir nəfəri də yaraladılar.

Sionistlər iki şəhidi və bir yaralını naməlum məkana köçürdülər.

Teqlər

Şərhlər