Mar 10, 2019 13:37 Asia/Baku
  • "Qur Ələrdən" məntəqəsində bir fələstinli şəhid edilib

Fələstin səhiyyə nazirliyi bildirib ki, işğalçı sionist hərbçilərin qərb sahilində yerləşən "Qur Ələrdən" məntəqəsində atəş açmaları nəticəsində bir fələstinli şəhid olub.

Qəzzə zolağında Fələstin daxili işlər və milli təhlükəsizlik nazirliyinin sözçüsü Əyad Əlbəzm də deyibdir ki, Qəzzənin təhlükəsizlik xidmətlərinin məmurları Fəth hərəkatının başçılarından birinin avtomobilinə hücum amillərindən ikisini həbs ediblər.

Qəzzə zolağında Fələstin daxili işlər və milli təhlükəsizlik nazirliyinin bildirdiyinə görə, bu hadisə amillərinin aşkar və həbs edilmələri üzrə təhqiqat davam edir.

Fəth hərəkatının rəhbərlərindən olan Əhməd Hələsin avtomobili ötən cümə Qəzzə zolağının mərkəzində yerləşən Dəyrulbələh məntəqəsində atəşə tutulub, amma bir kəsə zərər dəyməyibdir.

Fələstinli qruplar, o sıradan Həmas hərəkatı bu fələstinli liderin avtomobilinə atəşin açılmasını kəskin şəkildə pisləyiblər.

Teqlər

Şərhlər