Mar 15, 2019 09:33 Asia/Baku
  • Dərada iri miqdarda sionist rejim silah və sursatı aşkar edilib

Suriya ordusu dünən bu ölkənin Dəra vilayətində iri miqdarda sionist rejim silah və sursatının aşkar edilməsindən xəbər verib.

Suriya ordusu bildirib ki, bu silah və sursatları Dəranın şimal məntəqələrində axtarış və təmizləmə əməliyyatı zamanı aşkar edibdir.

Suriya ordusu bu yaxınlarda, Dəra vilayətini İŞİD terror qrupunun işğalından çıxarıbdır.

Bundan öncə də Suriya ordusu sionist rejim, həmçinin Amerika daxil olmaqla Qərb ölkələrinin istehsalı olan silah və sursatlardan ibarət bir neçə cəbbəxana aşkar etmişdi.

Şərhlər