Mar 15, 2019 10:37 Asia/Baku
  • Sionist rejim vertolyotları Qəzzəyə hücum ediblər

Sionist rejim vertolyotları bu gün səhər tezdən Qəzzə zolağını raket hücumları hədəfinə çeviriblər.

Fələstinli mənbələr bildiriblər ki, sionist rejim vertolyotları Qəzzə zolağının cənubunu hədəfə alıblar.

Bu hücumdan sonra Qəzzədə bir neçə güclü partlayış səsi eşidilib.

Skay-Nyus-un Qəzzə zolağındakı müxbiri bildirib ki, Qəzzənin müxtəlif məntəqələrinə qarşı 20-dən çox hava hücumu keçirilib. Hələ bu hücumların törətdikləri tələfat və xəsarətlər barədə bir məlumat yayılmayıbdır.

Sionist rejim ordusu iddia edibdir ki, bu hücum Qəzzə zolağından Təl-Əvivə tərəf iki raketin atılmasına cavab olaraq həyata keçirilibdir.

Qəzzə zolağı 2006-cı ildən bəri sionist rejim tərəfində quru, hava və dənizdən mühasirəyə alınıb və bu zolağın sakinləri bir çox problemlə üzləşirlər.

Teqlər

Şərhlər