Mar 16, 2019 11:36 Asia/Baku
  • Sionistlərlə toqquşmada onlarla fələstinli yaralandı
    Sionistlərlə toqquşmada onlarla fələstinli yaralandı

İordan çayının qərb sahilində sionist hərbçilər ilə toqquşmada onlarla fələstinli yaralandı.

Təsnim xəbər agentliyinin bildirdiyinə görə, yüzlərlə fələstinli cümə namazında iştirak etdikdən sonra Ramallahın qərbində, Beyt Sira məscidinin önündə aksiya keçirərək, fələstinli şəhidlərin cəsədlərinin ailələrinə təhvil verilməsini istəyib.

İsrail hərbçiləri gözyaşardıcı qaz və səs bombalarından istifadə edərək, fələstinliləri dağılışmağa məcbur etmək istəyiblər. 

Bir qrup fələstinli də Nəleyn kəndində aksiya keçirərək, "Raşil Kuri"nin şəhid edilməsinin ildönümü gününü qeyd ediblər. İsrail hərbçiləri gözyaşardıcı qazdan istifadə edərək, fələstinlilərə hücum ediblər. 

Raşel Kuri 2003-cü ildə bir sionistin idarə etdiyi ekskovator ilə onu əzməsi nəticəsində şəhid olmuşdu. 

İsrail hərbçiləri həmçinin, Kəfər Qdum qəsəbəsi sakinlərinin qanunsuz tikintilərə qarşı etiraz aksiyasını güc tətbiq edərək, repressiya ediblər. 

Teqlər

Şərhlər