Mar 17, 2019 12:42 Asia/Baku
  • Britaniya aviasiyası yəmənli uşaqların qatillərinə kömək edir
    Britaniya aviasiyası yəmənli uşaqların qatillərinə kömək edir

Britaniyanın silahlı qüvvələr naziri Mark Lankaster şənbə günü tabeliyində olan nazirliyin kadırlarından 282 nəfərinin Səudiyyə Ərəbistanı Hava Qüvvələri ilə əməkdaşlıq etdiyini bildirib.

Fars xəbər agentliyinin bildirdiyinə görə, Britaniya Hava Qüvvələrinin kadrları Səudiyyə Ərəbistanı hərbçilərinə Londonun Ər-Riyada satdığı təyyarələrdən istifadə üzrə ümumi təlimlər keçir və texniki dəstək göstərirlər. 

Britaniyanın "Mirror" internet portalı Lankasterin bu açıqlamasına reaksiya olaraq yazıb: Britaniya Krallığının Hava Qüvvələri kadrları Yəməndə uşaqları qırğın etməklə məşğul olan Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın qırıcılarına xidmət edir. 

Ərəbistan ABŞ və Avropa ölkələrindən aldığı silahlar ilə Yəməndə günahsız insanları qırğın edir. 

London Ərəbistanın Yəmənə qarşı hərbi təcavüzləri dövründə Ər-Riyada 4 milyard funt dəyərində silah satışına icazə verib və bu silahlardan istifadə üzrə Ərəbistan ordusuna təlimlər keçir. 

Şərhlər