Mar 17, 2019 13:14 Asia/Baku
  • Yəmənli qüvvələr Əsiri 5 ədəd raket ilə hədəfə aldılar
    Yəmənli qüvvələr Əsiri 5 ədəd raket ilə hədəfə aldılar

Yəmən ordusu və xalq qüvvələri şənbə günü axşam Ərəbistanın təcavüzlərinə cavab olaraq Əsir vilayətində yerləşən Ələb keçid məntəqəsi yaxınlığında Səudiyyə hərbçilərinin mövqelərini raket ilə hədəfə alıblar.

İRİB-nin bildirdiyinə Yəmən ordusu və xalq qüvvələri Ərəbistan hərbçilərinin Əsir vilayətindəki mövqelərinə  "zilzal-1" ballistik raketlərindən olan 5 raketin atıldığını bildirib. 

Yəmən mənbələri bu hücumda səudiyyə qüvvələrinə ciddi zərər və ziyanın dəydiyini bildiriblər. 

Yəmən ordusu və xalq qüvvələri şənbə günü də Cizan vilayətində Səudiyyə hərbçiləri və muzdlularının toplaşdıqları məkanı hədəfə almışdılar. 

Yəmən ordusu və xalq qüvvələri demək olar ki, hər gün Ərəbistan ərazisini ballistik raketlər ilə hədəfə alırlar. Bu hücumlar Ərəbistanın  Yəmənə olan hərbi təcavüzlərinə cavab sayılır. 

Şərhlər