Mar 20, 2019 10:17 Asia/Baku
  • Nablosda 2 fələstinli şəhid edilib

Sionist rejim hərbçilərinin İordan çayının qərb sahilinin şimalında Nablos şəhərində fələstinlilərin üzərinə atəş açması nəticəsində 2 fələstinli gənc şəhid olub.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, sionist rejim hərbçiləri Nablos şəhərində Raid Həmdan və Zeyd Nurinin avtomobilini atəşə tutublar və bu iki fələstinli gənci şəhid ediblər. 

Öncə də Selfit əməliyyatını icra edən Ömər Əbu-Leyli Ramullahın ətrafında sionist hərbçilərlə toqquşmada şəhid edilmişdir. 

Fələstin müqavimət qrupları dəfələrlə bildiriblər ki, bu kimi əməliyyatlar işğalçıların Fələstin xalqına qarşı cinayətlərinə təbii cavabdır. 

Teqlər

Şərhlər