Mar 25, 2019 12:33 Asia/Baku
  • Fələstinli mübarizlər Təl-Əvivə raket hücumu ediblər

Beynəlxalq medialar fələstinli mübarizlərin Təl-Əvivin şimal məntəqəsinə qarşı raket hücumundan və azı yeddi sionistin yaralanmasından xəbər verirlər.

Assoşieyted-Press xəbər verir: Raket xəbərdarlığı siqnalının səsləndirilməsindən sonra Təl-Əvivin şimalındakı Haşarun məntəqəsində bir partlayış səsi eşidilib. Sionist rejim ordusu bildirib ki, Qəzzədən bir raket atılıbdır.

Sputnik agentliyi isə belə xəbər yayıb: Təl-Əvivin şimal məntəqələrində təhlükə siqnalının səsi eşidilib və ondan bir neçə dəqiqə sonra bu məntəqəyə bir raket düşübdür.

Əlhəds telekanalı da bildirib ki, sionist rejimin "dəmir günbəz" adlı anti-raket sistemi Qəzzə zolağından atılan bir raketi izləyə bilməyibdir.

Məlumatlara görə, bu raket hücumu nəticəsində Təl-Əviv sakinlərindən azı yeddi nəfər yaralanıb.

Təl-Əvivə qarşı raket hücumu elə bir şəraitdə həyata keçirilibdir ki, son günlər sionist rejim qırıcıları Qəzzə zolağındakı bəzi mövqeləri bir neçə dəfə hədəfə alaraq, bir neçə fələstinlini şəhid edib və yaralayıblar.

Teqlər

Şərhlər