Mar 28, 2019 20:44 Asia/Baku
  • Suriyada ABŞ-ın

Suriya ordusu ölkənin cənub məntəqələrində terrorçuların sığınacaqları olmuş ərazilərdə apardığı axtarış əməliyyatları zamanı ABŞ istehsalı olan "TAV" raketləri aşkar edib.

SANA xəbər agentliyinin bildirdiyinə görə, Suriya ordusu ölkənin cənub məntəqələrinin terrorçuların qalıqlarından təmizlənməsi əməliyyatında ABŞ istehsalı olan "TAV" raketləri ilə yanaşı xeyli miqdarda silah və hərbi sursat da aşkar edib.

"TAV" tank əleyhinə istifadə olunan raket növüdür. Ondan yer-yer və yer-hava məqsədləri üçün istifadə etmək mümkündür.

Suriya ordusu ötən bazar günü də Homs, Dəra və Dəməşqdə apardığı əməliyyatlarda İsrail istehsalı olan 700 ədəd peyk rabitə cihazı aşkar edib. Bu əməliyyatlar zamanı ABŞ istehsalı olan xeyli silah və hərbi sursat, habelə, 358 kq narkotik vasitə olan "həşiş" aşkar edilib.

 

Teqlər

Şərhlər