Apr 02, 2019 17:41 Asia/Baku
  • İraq prezidenti: Regional quruluş İranı görməməzliyə vura bilməz
    İraq prezidenti: Regional quruluş İranı görməməzliyə vura bilməz

Bərhum Saleh: Heç bir yeni regional quruluş İran İslam Respublikasını görməməzliyə vura bilməz.

İraq prezidenti Bərhum Saleh "Şərqül-Əvsət" qəzeti ilə müsahibədə Yaxın Şərqin ifratçılıq, işsizlik və iqtisadi uğursuzluq kimi təhlükəli problemlər ilə mübarizəyə, iqtisadiyyata və təhlükəsizliyə söykənən yeni bir quruluşa ehtiyaclı olduğunu söyləyərək, dedi: İraq bu quruluşun formalaşmasında təsirli rola malik ola bilər.

İraq prezidenti daha sonra dedi: İran Səddam rejimini devirməsində və İŞİD üzərində qələbə çalmasında İraq xalqına dəstək olan önəmli qonşudur.

Bərhum Saleh İraqın heç vaxt qonşu ölkələrə qarşı fitnə planlarında yer almayacağını deyərək, İran və İraqın iki ölkənin siyasətlərində qarşılıqlı təsirə malik olduqlarını söylədi.

Teqlər

Şərhlər