Apr 05, 2019 11:45 Asia/Baku
  • Yəhya Səri: Ərəbistan qırıcıları atəşkəsi 559 dəfə pozublar
    Yəhya Səri: Ərəbistan qırıcıları atəşkəsi 559 dəfə pozublar

Yəmən silahlı qüvvələrinin sözçüsü: Ərəbistan qırıcıları Yəmənə qarşı hücumlarının davamında atəşkəs anlaşmasını 559 dəfə pozublar.

İRİB-nin bildirdiyinə görə, Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri mətbuat konfransında yəmənli qüvvələrin cəbhə xəttindəki uğurlarını şərh edərək, dedi: Yəmən ordusu və xalq qüvvələri mart ayında bir çox ərazini təcavüzkar qüvvələrin nəzarətindən azad etməyi bacarıb. Düşmənin toplaşdığı məkanlara dəfələrlə raket zərbələri endirilib. 

Yəmən silahlı qüvvələrinin sözçüsü həmçinin dedi: Yəmənli qüvvələr mart ayında düşmənin 23 zirehli texnikasını və 916 hərbi maşının məhv edib. 

Yəhya Səri yəmənli snayperlərin də 1925 əməliyyat zamanı Ərəbistanın 48 hərbçisi və zabitini , 5 sudanlı hərbçini və 1852 muzdlu döyüşçünü öldürdüklərini deyib. 

Ərəbistan ABŞ-ın yaşıl işığı ilə 2015-ci ilin martından Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə Yəmənə qarşı genişh ücuma başlayıb. Bu müddət ərzində on minlərlə yəmənli birbaşa hücumlar nəticəsində öldürülüb. Müharibə qurbanlarını əsasən qadınlar və uşaqlar təşkil edirlər. Yəmənə qarşı müharibə və mühasirə nəticəsində bu ölkənin bütün infrastrukturları məhv edilib. Ölkə aclıqdan əziyyət çəkir. 

Teqlər

Şərhlər