Apr 06, 2019 09:06 Asia/Baku
  • Əbubəkr Əlbəğdadinin müavini həbs olunub
    Əbubəkr Əlbəğdadinin müavini həbs olunub

İraq xalq səfərbər təşkilatı- Əlhəşduşşəbi İŞİD terror qrupunun başçısı Əbubəkr Əlbəğdadinin müavinlərindən birinin bu ölkənin Ələnbar vilayətində həbs olunmasından xəbər verib.

Əlhəşduşşəbi-nin komandanlarından olan Qətəri Əlbəiidi dünən deyib: İraqın təhlükəsizilik qüvvələri “Əkil Əbd Məlaci”nin Əlrutbə rayonunun Əlnəxib məntəqəsindəki hərəkəti yolunda pusquda duraraq, heç bir toqquşma və müqavimət olmadan onu həbs edə biliblər.

Əlbəiid bu terrorçunun Əbubəkr Əlbəğdadinin gizləndiyi məkandan xəbərdar olmasına toxunaraq, əlavə edib ki, o, iraqlı mülkilər və təhlükəsizlik qüvvələrinin qırğın edilmələrində rol oynayıbdır.

Əlhəşduşşəbi-nin bu komandanının sözlərinə görə, bu İŞİD terrorçusunun həbsi Əbubəkr Əlbəğdadinin həbsinə və İŞİD terrorçularının Ələnbar vilayətində gizləndikləri məkanın ələ keçirilməsinə kömək edəcək.

Əlbəğdadi bir dəfə- 2014-cü ildə İraqın Mosul şəhərində gizləndiyi məkandan çıxdı və onun sonuncu səsli mesajı da 2018-ci ilin avqust ayına qayıdır.

 

 

Teqlər

Şərhlər