Apr 09, 2019 18:58 Asia/Baku
  • İsrailin hərbi bazasına hücum edildi
    İsrailin hərbi bazasına hücum edildi

İşğal edilmiş Fələstin ərazilərinidə parlament seçkilərinin keçirilməsi ilə bir vaxtda bu gün çərşənbə axşamı sionist rejimin İordan çayının qərb sahilindəki bazası hücuma məruz qalıb.

Əl-Aləm kanalının məlumatına görə, bu hücumun insan tələfatı olmayıb. Hücumun ardınca İsrail hərbçiləri hücumu törədənləri tapmaq üçün axtarışa başlayıblar. 

İnformasiya qaynaqlarının bildirdiklərinə görə, bu hücum İsrail Knessetinə seçkilərin başlanmasından sonra törədilib. Sionist rejim başçılarının bildirdiklərinə görə, polis və təhlükəsizlik qüvvələri seçkilərlə əlaqədar gücləndirilmiş iş rejiminə keçiblər. 

Sionist rejim seçki mərkəzlərinin təhlükəsizliyini təmin etmək üçün 17 min polis qüvvəsini səfərbər edib. 

Teqlər

Şərhlər