Apr 14, 2019 21:27 Asia/Baku
  • Yəmən təcavüzkar koalisiyanın ölkəyə neft məmulatlarının gətirilməsinə mane olmasına dair xəbərdarlıq etdi
    Yəmən təcavüzkar koalisiyanın ölkəyə neft məmulatlarının gətirilməsinə mane olmasına dair xəbərdarlıq etdi

Yəmənin Milli Qurtuluş hökumətinin baş naziri BMT-nin humanitar yardımlar üzrə kordinatoru ilə görüşdə Səudiyyə Ərəbistanı və başçılıq etdiyi koalisiya qüvvələrinin Yəmənə neft məhsullarının gətirilməsinə mane olmasına dair xəbərdarlıq etdi.

Səba informasiya portalının bildirdiyinə görə, Saleh bin Həbtur BMT-nin humanitar yardımlar üzrə kordinatoru Lizzie Qrande ilə görüşdə dedi: Bu gün Yəmən limanlarına daxil olan neft məhsullarının həcmi 2015-ci ildəki ilə müqayisədə sadəcə 30% təşkil edir.

Yəmənin Milli Qurtuluş hökumətinin neft naziri Əhməd Dars da təcavüzkar koalisiyanın Yəmənin neft tankerlərini Cibutidə durdurmasından xəbər verib.

Teqlər

Şərhlər