Apr 15, 2019 08:17 Asia/Baku
  • İraq milli təhlükəsizlik müşaviri B.Əsədlə görüşüb
    İraq milli təhlükəsizlik müşaviri B.Əsədlə görüşüb

İraq milli təhlükəsizlik müşaviri dünən Dəməşqdə Suriya prezidenti Bəşşar Əsədlə görüşüb və onunla ikitərəfli və regional məsələlər barədə söhbət edib.

Bəşşar Əsəd İraq milli təhlükəsizlik müşaviri Falih Əlfəyyazla görüşdə deyib: Regional və beynəlxalq hadisələr Suriya və İraqın düşmənlərin fitnələri qarşısında öz hakimiyyətləri və istiqlaliyyətlərini qorumaq üzrə səylərinin vacibliyini göstərir.

Suriya prezidenti həmçinin vurğulayıb ki, regionun taleyini yalnız onun xalqları təyin edirlər.

İraq milli təhlükəsizlik müşaviri Falih Əlfəyyaz də bu görüşdə vurğulayıb: Suriyanın qüdrəti və onun terrorizm üzərindəki qələbəsi İraq üçün bir qələbədir və İraqda da hər bir hərbi nailiyyət Suriyanın sabitliyinin xeyrinədir.

Teqlər

Şərhlər