Apr 24, 2019 18:52 Asia/Baku
  • Həmas-ın siyasi bürosunun sədri İnqilab Rəhbərinə müraciət edib
    Həmas-ın siyasi bürosunun sədri İnqilab Rəhbərinə müraciət edib

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri İrandakı son sel hadisəsinin ardınca İslam İnqilabının Böyük Rəhbərinə müraciət göndərərək, seldənzərərçəkənlərin kədəri ilə bölüşüb və onlarla həmrəylik edib.

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri İsmail Hənyə İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneiyə müraciətdə vurğulayıb: Minlərlə evin dağılması ilə nəticələnən İranın bir neçə vilayətində dağıdıcı selin baş verməsi Fələstin xalqının kədərinə səbəb oldu.

Hənyə əlavə edib: Həmas hərəkatı Fələstin xalqı ilə yanaşı, İslam İnqilabının Böyük Rəhbəri, İranın xalqı və seldənzərərçəkənlərin ailələrinin kədəri ilə bölüşür və özünün tam həmrəyliyini elan edir.

İranın şimalı, qərbi və cənubundakı bir çox məntəqələrdə son zamanlar baş vermiş görünməmiş yağış və daşqınlar bir çox maddi xəsarətlərə və insan tələfatına səbəb oldu.

İranın dövləti, xalqı, silahlı qüvvələri və yardımçı orqanları seldənzərərçəkənlərin yardımına getdilər. Yardımlar indi də davam edir.

İranın Tibbi Ekspertiza Təşkilatı daşqınlarda həlak olanların sayını 76 nəfər elan edibdir.

Teqlər

Şərhlər