May 10, 2019 11:25 Asia/Baku
  • Qanunsuz sionist qəsəbələrin salınması haqda BMT TŞ-nin xüsusi iclası keçirilib

Küveyt, İndoneziya və Cənubi Afrikanın xahişi ilə fələstinli məntəqələrdə qanunsuz sionist qəsəbələrin salınması haqda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının xüsusi iclası keçirilib.

Fələstinin xarici işlər naziri Riyad əl-Maliki bu iclasda fələstinli məntəqələrdə sionist qəsəbələrin genişlənməsindən nigarançılıq edərək, deyib ki, hazırda bu qəsəbələrdə 600 mindən çox sionist yaşayır.

Təl-Əviv son illərdə fələstinli məntəqələrin demoqrafik strukturu və coğrafi quruluşunu sionistlərin xeyrinə dəyişmək üçün ABŞ-ın dəstəyilə işğal olunmuş məntəqələrdə sionist qəsəbələrin genişləndirilməsi proqramını şiddətləndiribdir.

Teqlər

Şərhlər