May 14, 2019 11:38 Asia/Baku
  • Taliban Kvettadakı partlayışın məsuliyyətini üzərinə götürüb
    Taliban Kvettadakı partlayışın məsuliyyətini üzərinə götürüb

Pakistanda Taliban terror qrupu bu ölkənin Bəluçestan əyalətinin mərkəzində törədilmiş terror partlayışının məsuliyyətini üzərinə götürüb.

Taliban terror qrupu bildirib ki, bir motosikletdə yerləşdirilmiş bomba dünən gecə Kvetta şəhərində polis qüvvələrinin avtomobilini hədəfə alıb.

Pakistanın cənub-qərbində yerləşən Bəluçestan əyalətinin mərkəzi olan Kvetta şəhərindəki bomba partlayışında azı dörd nəfər ölüb, on nəfər də yaralanıbdır.

Bu, mübarək ramazan ayının başlanmasından bəri Pakistanın müxtəlif məntəqələrində törədilən üçüncü terror hücumudur.

Pakistanın Lahor və Qvadar şəhərlərindəki son terror əməliyyatlarında on yeddi nəfər ölüb, onlarla nəfər də yaralanıbdır.

Şərhlər