May 15, 2019 10:54 Asia/Baku
  • Hələb şəhərinə raket zərbələri endiriblər
    Hələb şəhərinə raket zərbələri endiriblər

Terrorçular çərşənbə axşamı gecə saatlarında Suriyanın Hələb şəhərinin şərqində yerləşən Nəyrəb düşərgəsini onlarla raket ilə hədəfə alıblar.

İRİB-nin bildirdiyinə görə, Suriya mənbələri bildiriblər: Bu raket hücumunda 6 mülki həlak olub, daha altı nəfər də yaralanıb. 

Bu hücum nəticəsində Nəyrəb düşərgəsində bir neçə avtomobil və binaya da zərər və ziyanlar dəyib. 

Ötən aylarda terrorçular Suriya ordusu qarşısında ardıcıl məğlubiyyətlərinin ardınca yaşayış məntəqələrinə qarşı hücumlarını xeyli artırıblar. 

Bu hücumlarda bir qrup sivil vətəndaş o cümlədən qadın və uşaq həlak olub və yaralanıb. 

Şərhlər