May 15, 2019 11:45 Asia/Baku
  • Şeyx Nəim Qasım: ABŞ tezliklə regiondakı maliyyə dəstəkçilərinə arxa çevirəcək
    Şeyx Nəim Qasım: ABŞ tezliklə regiondakı maliyyə dəstəkçilərinə arxa çevirəcək

Livan Hizbullahının baş katib müavini ABŞ-ın tezliklə Fars Körfəzinin Ərəb ölkələrinə xüsusilə Vaşinqtonun maliyyə dəstəkçilərinə arxa çevirəcəyini dedi.

Şeyx Nəim Qasım çərşənbə axşamı Əl-Minar telekanalına verdiyi müsahibədə dedi: ABŞ-ın bir zaman İŞİD-ə arxa çevirdiyi kimi, Amerikadan asılı ölkələr və Vaşinqtona maliyyə dəstəyi edənlər də bu qaydadan xaric deyillər. 

Livan Hizbullahının baş katib müavini həmçinin dedi: Öz haqqından vaz keçməyən, vətəni və müstəqilliyinə sadiq olan, bu yolda fədakarlığa hazır olanlar üçün təhdid mənasızdır. 

Şeyx Nəim Qasım əlavə etdi: ABŞ-ın təhdidləri heç vaxt haqqa qalib gələ bilməz və haqqa ilə müqavimət bir araya gəldiyi zaman, zalımlar məğlub olacaq. 

Teqlər

Şərhlər