May 15, 2019 12:09 Asia/Baku
  • İsrail rejimi ötən iki ayda təqribən 1000 fələstinlini həbs edib
    İsrail rejimi ötən iki ayda təqribən 1000 fələstinlini həbs edib

Fələstinli əsirlərlə iş üzrə müəssisə və qrumların bildirdiklərinə görə, mart və aprel aylarında minə yaxın fələstinli İsrail rejimi tərəfindən həbs edilib.

Təsnim xəbər agentliyinin bildirdiyinə görə, mart və aprel aylarında 905 fələstinli İordan çayının qərb sahili və Qəzzədə həbs olunub. 

Həbs olunanlar arasında 23 qadın və 133 uşaq da var. 

Fələstinin Mərkəzi Statistika İdarəsi də Fələstinin işğal edilməsinin 71-ci ildönümü münasibətilə yaydığı hesabatda işğalçılıq dövründə şəhid edilən fələstinlilərin sayının təqribən 100 min nəfərə çatdığını bildirdi. 

Teqlər

Şərhlər