May 16, 2019 13:57 Asia/Baku
  • Səud qırıcılarının Sənaya qarşı təcavüzlərində 30 nəfər ölüb və yaralanıb

Təcavüzkar səud koalisiyasının Yəmənin paytaxtı Səna şəhərinə qarşı yeni cinayətində azı otuz mülki ölüb və yaralanıbdır.

Yəmən Səhiyyə Nazirliyi bu gün bildirib ki, təcavüzkar səud koalisiyası qırıcılarının Səna şəhərinin Əlrəbat məntəqəsinə qarşı hücumlarında dörd uşaq ölüb, bir qrup insan da yaralanıbdır.

Həmçinin təcavüzkar səud koalisiyası qırıcılarının Sənanın əl-Rəqqas məhəlləsinə qarşı hava hücumlarında bir ailənin bütün üzvləri öldürülübdür.

Təcavüzkar səud koalisiyası qırıcılarının bu gün Sənaya qarşı bombardmanlarında bir çox bina dağılıb. Yardım və xilasedici qruplar, eləcə də könüllü əhali cəsədləri uçqunlar altından çıxarmaqdadırlar.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.

 

Şərhlər