May 24, 2019 20:37 Asia/Baku
  • On minlərlə fələstinli Əl-Əqsa məscidində cümə namazında iştirak etdi

On minlərlə fələstinli bu gün cümə Əl-Əqsa məscidində namaz qılıb.

İRNA-nın məl umatına görə, on minlərlə fələstinli Ramazan ayının üçüncü cüməsində əl-Əqsa məscidində olaraq. cümə namazında iştirak edib.

Sionist rejim sadəcə yaşı 40-dan yuxarı olan fələstinlilərə cümə namazında iştirak icazəsi verib. Amma, sionist rejimin maneə törətməsi və havanın isti olması müsəlmanların Əl-Əqsa məscidində cümə namazında iştirakına mane ola bilməyib.

Sionist rejim hərbçiləri bu gün səhər Qələndiya istiqamətindən Əl-Əqsa məscidinə doğru hərəkət edən bir qrup fələstinli gənci həbs edib.

Teqlər

Şərhlər