May 25, 2019 20:45 Asia/Baku
  • İraqlılar ABŞ-ın anti-İran siyasətlərinə etiraz olaraq aksiya keçirdiklər
    İraqlılar ABŞ-ın anti-İran siyasətlərinə etiraz olaraq aksiya keçirdiklər

Minlərlə iraqlı ölkənin bir neçə şəhərində o cümlədən paytaxt Bağdadda və Bəsrədə aksiya keçirərək, ABŞ-ın İran əleyhinə aqressiv siyasətinə etiraz edib.

Əl-Aləm kanalının bildirdiyinə görə, aksiya iştirakçıları ABŞ-ın İran və region əleyhinə siyasətlərinə etiraz olaraq şüarlar verib və İraq Parlamentindən amerikalı hərbçilərini ölkədən çıxmalarına dair qanun qəbul etmələrini istəyiblər. 

İraqlılar bu etiraz aksiyasında qonşu ölkələrə qarşı hansısa müharibəni qəbul etmədiklərini bildiriblər. 

ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü İrana qarşı siyasətləriin davamında İranı müharibə ilə thdid etdi. 

Bundan öncə də İraqda Sədr cərəyanının başçısı Seyid Müqtəda Sədrin tərəfdarlarından olan yüzlərlə nəfər Kərbəla və Bağdadda aksiya keçirərək, ABŞ tərəfindən regionun mühribəyə sürüklənməsinə etiraz etmişdi. 

Teqlər

Şərhlər