May 30, 2019 14:30 Asia/Baku
  • Vəlid Müəllim: ABŞ-ın Suriya əleyhinə iqtisadi mühasirəsi bir növ terrorizmdir
    Vəlid Müəllim: ABŞ-ın Suriya əleyhinə iqtisadi mühasirəsi bir növ terrorizmdir

Suriyanın xarici işlər naziri ABŞ habelə, bəzi Avropa və region ölkələrinni Suriya əleyhinə iqtisadi mühasirəsini bir növ terrorizm adlandırdı.

Əl-Aləm kanalının bildirdiyinə görə, Vəlid Müəllim çərşənbə günü dedi: ABŞ və bəzi Avropa və region ölkələrinin Suriyaya qarşı iqtisadi mühasirəsi Suriyada fəaliyyət göstərən şirkətlər ilə yanaşı, hər bir vətəndaşı da hədəfə alıb. 

V.Müəllim həmçinin dedi: Qərb Suriyada yenidənqurma və abadlıq layihələrinə investisiya qoyan ölkələr üçün maneələr yaratmaqla Suriyada savaşın uzanmasına çalışır. 

Suriyanın xarici işlər naziri daha sonra Suriya xalqının müqavimət və dözümlülükdə misilsiz xalq olduğunu sübut etdiyini deyərək, terrorçular üzərində yekun qələbənin yaxın olduğunu söylədi. 

Suriyada təhlükəsizlik böhranı 2011-ci ildə ABŞ, Ərəbistan və müttəfiqlərinin himayəsində olan terrorçuların geniş hücumu ilə başlandı. 

Suriya ordusu son zamanlar İran və Rusiyanın dəstəyi ilə İŞİD terror qruplaşmasını məğlub etməyi bacardı. 

Digər terror qruplaşmaları da yolun sonuna çatıblar. 

Teqlər

Şərhlər