Jun 16, 2019 20:48 Asia/Baku
  • May ayında 421 fələstinli həbs olunub
    May ayında 421 fələstinli həbs olunub

Sionist rejim hərbçiləri ötən may ayında 78-i uşaq, altısı isə qadın olmaqla 421 fələstinlini həbs ediblər.

Fələstinli əsirlər klubu, həmçinin fələstinli əsirlər və azadələrin işlərinə baxılması üzrə heyət bu gün müştərək bir bəyanatda bildiriblər ki, may ayında fələstinlilərdən 145 nəfər Qüdsdə, altmış nəfər Əlxəlildə, 12 nəfər Qəzzədə, yerdə qalanları isə qərb sahilinin müxtəlif məntəqələrində sionist rejim hərbçiləri tərəfindən həbs olunublar.

Sionistlər özlərinin ekspansianist hədəflərinə çatmaq üçün hər gün Fələstinin müxtəlif məntəqələrinə hücum edərək, puç iddialarla fələstinliləri həbs edirlər.

Hazırda sionist rejim məhbəslərində 5700 fələstinli əsir vardır ki, onların 250 nəfəri uşaq, 47 nəfəri isə qadındır.

Teqlər

Şərhlər