Jun 20, 2019 09:13 Asia/Baku
  • Ərəbistanın cənubundakı elektrik stansiyası Yəmənin raket hədəfinə tuş gəlib
    Ərəbistanın cənubundakı elektrik stansiyası Yəmənin raket hədəfinə tuş gəlib

Yəmənin ordu və xalq komitələri bu gün səhər tezdən bir Kruz tipli raketlə ərəbistanın cənubundakı Cizan şəhərində yerləşən “Əlşəqiq” elektrik stansiyasını hədəfə alıblar.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü bildirib ki, bu raket diqqətlə hədəfə dəyib. O, qeyd edib ki, bu raket hücumu səud koalisiyasının Yəməndəki cinayətlərinə cavab olaraq, həyata keçirilib.

Yəhya Əlsərii vurğulayıb ki, yəmənlilər ərəbistanın həssas təsisatlarına hücum üçün xüsusi proqrama malikdirlər.

Yəmənin ordu və xalq komitələri çərşənbə günü də “Zəlzal-2” tipli bir ədəd yerli ballistik raketlə səud muzdurlarının ərəbistanın cənubunda yerləşən Əsir əyalətindəki Ələb keçidi yaxınlığında toplaşdıqları məkanı hədəfə almışdılar.

Bu raket hücumunda da onlarla səud muzduru ölüb və yaralanıbdır.

Bundan öncə Yəmən rəsmiləri vurğulamışdılar ki, təcavüzkarların mövqeləri və iqtisadi təsisatları onların Yəmənə qarşı təcavüz və mühasirələrinin davam edəcəyi zamanadək Yəmən raketlərinin hədəfi mərkəzində qərar tapacaqlar.

Yəmənli qüvvələr son həftələr səud koalisiyası ilə döyüş meydanlarında mühüm qələbələr qazanıblar.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır.Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.

 

Teqlər

Şərhlər