Jun 24, 2019 18:58 Asia/Baku
  • Fələstinin mədəni simaları amerikan “əsrin sövdələşməsi” planına qarşı aksiya keçiriblər
    Fələstinin mədəni simaları amerikan “əsrin sövdələşməsi” planına qarşı aksiya keçiriblər

Fələstinin mədəni simaları və yazarları Fələstin məsələsinə birtərəfli şəkildə son qoymaq üçün amerikan “əsrin sövdələşməsi” planının birinci addımı kimi Manama konfransının keçirilməsinə etiraz olaraq, bu gün Qəzzədə aksiya keçiriblər.

Əllərində plakatlar tutmuş fələstinli aksiyaçılar ərəb ölkələrinin iştirakı ilə bir ərəb ölkəsində “əsrin sövdələşməsi” planının birinci addımının keçirilməsini pisləyiblər.

Aksiyaçılar Manama konfransının keçirilməsini Fələstin xalqına qarşı xəyanət adlandırıblar. Onlar vurğulayıblar: Amerika pul ödəməklə sionist rejimin bölgədəki mövcudluğunu əsaslandırmaq və Fələstin macərasını birdəfəlik etmək niyyətindədir.

Amerikan “əsrin sövdələşməsi” planına əsasən, Qüdsi-Şərif sionist rejimə veriləcək. Digər ölkələrdəki fələstinli qaçqınların geri qaytarılmalarına icazə verilməyəcək, Fələstin yalnız İordan çayının qərb sahilində və Qəzzə zolağında yerdə qalan ərazilərə sahib olacaq.

 

Teqlər

Şərhlər