Jun 25, 2019 09:19 Asia/Baku
  • parlamenti Bəhreyn iclasının boykot edilməsini istəyib
    parlamenti Bəhreyn iclasının boykot edilməsini istəyib

Küveyt parlamenti “əsrin sövdələşməsi” planı çərçivəsində bu gün Manamada başlanmalı olan Bəhreyn iclasının boykot edilməsini istəyib.

Küveyt parlamentinin üzvləri dünən parlament sədri Mərzuq Əlqanim tərəfindən qiraət olunan bəyanatda bu ölkə hökumətindən istəyiblər ki, Bəhreyn konfransının boykot edilməsi barədə qətiyyətli mövqe tutsun.

Küveyt parlamentinin üzvləri həmin bəyanatda bildiriblər ki, Küveyt daim Fələstin xalqının qanuni hüquqlarını müdafiə edib. Onlar vurğulayıblar ki, sionist rejimlə münasibətlərin qurulması Küveytin qanunları, mövqeləri və sabit prinsipləri ilə daban-dabana ziddir.

Onlar həmçinin bildiriblər ki, sionist rejimin iştirakı ilə keçirilməli olan Manama iclasının məqsədi, işğalçılığı təsbit etmək və ona legitimlik verməkdir.

Bəhreyn iclası əsrin biabırçı sövdələşməsi ilə bu gün Bəhreynin paytaxtı Manamada başlanacaq.

Bu iclas “əsrin sövdələşməsi” planının ilk etapı olacaqdır.

 

 

Teqlər

Şərhlər