Jun 25, 2019 19:06 Asia/Baku
  • Qəzzə sakinləri Manama iclasına etiraz olaraq ümumi tətil keçiriblər
    Qəzzə sakinləri Manama iclasına etiraz olaraq ümumi tətil keçiriblər

Qəzzə zolağında yaşayan fələstinlilər "əsrin sövdələşməsi" və Manama iclasının keçirilməsilə müxalifətdə ümumi tətil keçiriblər.

Milli və islami qüvvələrin çağırışı ilə həyata keçirilən Qəzzə sakinlərinin tətilində bu məntəqədəki mühüm müəssisələr və məkanların işçiləri işi dayandırıblar. Mağazalar, universitetlər və nazirliklər bağlanıbdır.

"Qayıdış haqqı" və Qəzzənin mühasirəsinin sındırılması yürüşlərinin keçirilməsi üzrə ali komitə də fələstinlilərdən istəyibdir ki, tətillə yanaşı fəaliyyətlərdə, o cümlədən bu gecə keçiriləcək xalq yığıncağında iştirak etsinlər.

“Əsrin sövdələşməsi”nin icrasının ilk mərhələsi olacaq Bəhreyn konfransı bu gün və sabah Manamada keçirilməlidir.

“Əsrin sövdələşməsi” ABŞ hökumətinin yeni planıdır. Fələstin xalqının hüquqlarını aradan götürmək ardınca olan bu plan sionist rejimin və bəzi ərəb ölkələrinin razılığı ilə hazırlanıbdır.

Teqlər

Şərhlər