Jun 28, 2019 20:52 Asia/Baku
  • Torpaqlarının müsadirəsinə etiraz edən fələstinlilər yaralanıblar

Sionist rejim hərbçiləri İordan çayının qərb sahilində aksiya keçirən fələstinlilərə hücum edərək altı nəfəri yaralayıblar.

İordan çayının qərb sahilində Əzmut bölgəsində onlarla fələstinli cümə namazından sonra aksiya keçirərək, şüarlar səsləndirməklə sionist şəhərcik sakinlərinin fələstinlilərin torpaqlarından çıxmalarını istəyiblər.

Fələstinli aksiyaçılar öz ata-baba torpaqlarından silah gücü ilə məcburi köçkün edildiklərini amma heçvaxt bu durumla razılaşmayacaqlarını bildiriblər.

Sionist rejim fələstinlilərə təzyiq göstərmək üçün onların torpaqları və evlərini müsadirə edir və bu torpaqlardan sionist sakinli qəsəbələrin genişləndirilməsi üçün faydalanır.

Teqlər

Şərhlər